Almaniyada Çinə casusluq ittihamı ilə iş açılıb
Almaniyada Çin üçün casusluq etdikləri iddiası ilə üç nəfərə qarşı Düsseldorf Ali Əyalət Məhkəməsində iş qaldırılıb. Onların "Çinin dəniz döyüş gücünü artırmaq üçün faydalı ola biləcək məlumatlar topladıqları" iddia edilir.
BAKU.WS Almaniya Federal Baş Prokurorluğunun verdiyi məlumata istinadən xəbər verir ki, alman vətəndaşları Herviq S., Ina F. və Tomas R. "xarici bir gizli xidmət üçün işləmək" ittihamı ilə 20 dekabr 2024-cü ildə məhkəməyə çıxarılıblar. Onlar həmçinin "Xarici Ticarət Qanununu pozmaq"da ittiham olunurlar.
İttiham aktına əsasən, Tomas R.-nin 2017-ci ildən etibarən Çin Dövlət Təhlükəsizlik Nazirliyinin (MSS) bir əməkdaşı üçün agent kimi fəaliyyət göstərdiyi və Herviq S. və Ina F. ilə birlikdə hərbi məqsədlə istifadə oluna biləcək yenilikçi texnologiyalar haqqında məlumat topladığı bildirilir.
Məlumatların Herviq S. və Ina F.-nin idarə etdiyi bir şirkət vasitəsilə əldə edildiyi, bu şirkət vasitəsilə digər şirkətlər və elmi qurumlarla əlaqə yaradıldığı və xüsusilə Çinin dəniz döyüş gücünü artırmağa yönəlmiş bilgilərin toplandığı qeyd olunur.
İttiham aktında bu məlumatların Tomas R. tərəfindən MSS əməkdaşına ötürüldüyü və onların MSS-in tapşırığı ilə Almaniyadan üç xüsusi lazer alıb, Avropa İttifaqının İkiqat İstifadə Tənzimləməsinə tabe olmasına baxmayaraq icazəsiz şəkildə Çinə ixrac etdikləri vurğulanır.
22 aprel 2024-cü ildə həbs olunan Tomas R. hazırda nəzarətdədir, lakin haqqında həbs qərarı 2 və 14 oktyabrda ləğv edilən Ina F. və Herviq S. azadlığa buraxılıb.
Oxşar xəbərlər
"Survivor" iştirakçısının Los-Ancelesdəki evi, maşını yanıb kül oldu
"Survivor" iştirakçısı Turabi Çamkıranın Los-Ancelesdəki evi yanaraq kül olub. BAKU.WS xəbər verir ki, bu barədə aktyor özü bildirib. O qeyd edib ki, Los-Ancel...