Almaniyada 13 il yanlışlıqla həbsdə qalan şəxsə 1.31 milyon avro təzminat ödəndi
Almaniyada Manfred Genditski adlı şəxs heç bir günahı olmadan 13 ildən artıq həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
BAKU.WS xəbər verir ki, məhkəmə sistemində yol verilmiş ciddi səhv səbəbindən uzun illər azadlıqdan məhrum edilən Manfred Genditskiyə 1,31 milyon avro məbləğində təzminat ödəniləcək.
Bu barədə Bavariya vilayətinin Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Məlumata görə, Genditski ilə onun qanunsuz məhkum olunması və həbsdə saxlanılması ilə bağlı bütün iddiaları əhatə edən geniş miqyaslı barışıq razılaşması əldə edib. Razılaşmaya əsasən, əvvəllər ödənilən vəsaitlər də daxil olmaqla, kompensasiyanın ümumi məbləği 1,31 milyon avro təşkil edəcək.
65 yaşlı Manfred Genditski 2009-cu ildə yaşlı bir qadının ölümü ilə bağlı saxlanılıb. Məhkəmə onu qətldə təqsirli bilmiş və ömürlük həbs cəzası verib. Lakin Genditski istintaq və məhkəmə prosesləri boyunca özünü günahsız hesab etdiyini bildirib.
İllər sonra aparılan yeni ekspertiza nəticəsində qadının ölümünün qətl deyil, bədbəxt hadisə olduğu müəyyən edilib. Ortaya çıxan yeni sübutlar əsasında 2023-cü ildə işə yenidən baxılıb. Genditski 13 ildən artıq həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Oxşar xəbərlər
Vaşinqtondan sirli Tehran gedişi: Rza Pəhləvi variantı üzərində düşünülür?
"ABŞ Prezidenti Donald Tramp üçün prioritet öz şərtlərini və tələblərini İrana qəbul etdirməkdir". Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Natiq Miri Ağ Ev rə...