Almaniyada 125 min illik "yağ zavodu" tapıldı

Almaniyada arxeoloqlar Neandertal insanlarına məxsus, təxminən 125 min il əvvələ aid "yağ zavodu" aşkar ediblər. Qallegölü yaxınlığında yerləşən məskəndə 120 min heyvan sümüyü və 16 min daş alət tapılıb.
BAKU.WS xəbər verir ki, tədqiqatçılar hesab edir ki, Neandertallar at və maral kimi böyük heyvanların sümüklərini sındırıb, onları qaynadaraq yağ çıxarırdılar. Bu proses yalnız ov etməklə bitməyib, həm də heyvanların saxlanması, planlaşdırılması və xüsusi emal sahələrinin yaradılmasını tələb edirdi ki, bu da onların yüksək təşkilatlanmasını göstərir.
Yağ onların qidalanmasında vacib rol oynayırdı, çünki əzələ əti az kalorili və demək olar ki, yağsızdır. Yalnız yağsız ət yemək insanlarda "zülal zəhərlənməsi" xəstəliyinə səbəb ola bilər. Neandertallar isə kifayət qədər yağ almaq üçün sümüklərdən yağ çıxarırdılar.
Məskəndə həmçinin yanmış qoz-fındıq və meyvə qalıqları da tapılıb. Bu da göstərir ki, Neandertallar yağı bişirərkən onlara əlavə dad qatmaq üçün meyvə və qoz-fındıqdan istifadə edirdilər.
Oxşar xəbərlər
Firon məzarlarından dərman tapıldı: Əvvəllər lənət sanılırdı, indi isə xərçəngə çarə ola bilər
Misirdə firon məzarlarında uzun illər boyunca qorxu yaradan bir göbələk növü ilə bağlı aparılan araşdırmalar maraqlı nəticə verib. BAKU.WS xəbər verir ki, ABŞ-n...
