Alişandan səhər yeməyində kapsul qəbul edən Çağlaya: "10 ədəd lahmacun yeyirdik"
Müğənni Alişan yaxın dostu Çağla Şıkellə bağlı səs-küyə səbəb olacaq açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, sənətçi Çağlanın səhər yeməyində sadəcə vitamin qəbul etməsinə etiraz edib. O dost olduğu modellə illər əvvəl 10 lahmacun yediyini bildirib:
"Biz eyni çəkiliş meydanında olanda Çağla 10 ədəd lahmacun yeyirdi. İnanılmaz formada yeyirdi. Amma bununla yanaşı idman da edirdi. O əlbəttə ki özünə baxmalıdır. O da haqlıdır. Çağla hələ də Türkiyənin bir nömrəli modelidir. Məndən ayrıldıqdan sonra onu kapsullara öyrəşdirilib. Dərmanlarla qidalanır".
Xatırladaq ki, Çağla Şıkel bir müddət əvvəl sosial şəbəkədə "səhər yeməyi" qeydi ilə paylaşım edib. Onun paylaşdığı səhər yeməyi bir neçə çərəz və dərmanlardan ibarət olub.
Məşhurun bu paylaşımı izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq. BAKU.WS "Report"a istinadən xəbər v...