Alimlərdən xəbərdarlıq - Şokolad 2050-yə qədər nadir tapılan qidaya çevrilə bilər
Dünyada sevilən qida məhsullarından biri olan şokoladın gələcəyi sual altına düşüb. Mütəxəssislər bildirir ki, iqlim dəyişiklikləri kakao istehsalına ciddi zərbə vurur və yaxın onilliklərdə bu məhsulun çatışmazlığı yarana bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Green Economy Coalition (GEC) açıqlama yayıb.
Bildirilib ki, kakao ağaclarının yetişdiyi əsas regionlarda - xüsusilə Qərbi Afrika və Latın Amerikasında iqlim sabitliyi pozulub.
Hazırda dünya üzrə kakao istehsalının təxminən 70 faizi Qərbi Afrika ölkələrinin payına düşür. Lakin proqnozlara əsasən, iqlim dəyişiklikləri nəticəsində gələcəkdə bu bölgələrdə kakao üçün uyğun torpaqların yarıdan çoxu yararsız hala düşə bilər.
Ekspertlər məhsuldarlığa mənfi təsir göstərən əsas amillər kimi anomal istiləri, qeyri-sabit yağıntıları, uzunmüddətli quraqlıqları, meşə yanğınlarını və bitki xəstəliklərinin yayılmasını göstərirlər.
Digər tərəfdən, World Meteorological Organization (Ümumdünya Meteorologiya Təşkilatı) da Yer kürəsində iqlimin indiyədək görünməmiş dərəcədə qeyri-sabit vəziyyətdə olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İslam Respublikasının nüvə obyektlərinə hücumu ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerj...