Alimlərdən süni intellektlə bağlı xəbərdarlıq: "Kor-koranə inam elmin inkişafını ləngidə bilər"

Alimlərdən süni intellektlə bağlı xəbərdarlıq: Kor-koranə inam elmin inkişafını ləngidə bilər
Dünya 578

Prinston Universitetinin tədqiqatçıları "Nature" jurnalında dərc olunan məqalədə xəbərdarlıq ediblər ki, süni intellekt (Sİ) elmi inkişaf üçün vasitə deyil, bəzən sadəcə irəliləyiş təəssüratı yaratmaq üçün istifadə olunur. Alimlər bu yanaşmanın elmi tədqiqatların keyfiyyətini və etibarlılığını riskə atdığını bildiriblər.

BAKU.WS xəbər verir ki, tədqiqatda qeyd edilir ki, 2012–2022-ci illər arasında tibb və informatika sahələrində Sİ-yə əsaslanan tədqiqatların sayı sürətlə artıb. Lakin bu artımla paralel olaraq metodoloji səhvlər də çoxalıb.

Əsas problem – proqnozun anlayışı əvəz etməsidir. Süni intellekt modelləri çox zaman hadisələri izah etmir, sadəcə öyrədildikləri məlumatlar əsasında müəyyən şablonları təkrarlayır və bu zaman ciddi səhvlər baş verir. Tipik nümunə – məlumat sızmasıdır: model test verilənlərini əvvəlcədən "öyrənir" və nəticə etibarsız olur. Məsələn, bəzi Sİ sistemləri guya COVID-19-u müəyyən edirdi, amma əslində sadəcə xəstənin yaşına görə fərq qoyurdu.

Alimlər bildirir ki, bu cür yanlış nəticələr elmdə saxta kəşf illüziyası yaradır. Onlar tədqiqatçıların tədris metodlarının dəyişdirilməsini, yoxlama standartlarının tətbiq olunmasını və nəticələrin etibarlılığını artırmaq üçün gizli test bazalarının istifadəsini təklif edirlər. Əks halda, elmin inkişafı ciddi şəkildə ləngiyə bilər.

Son xəbərlər