Alimlər xəbərdarlıq edir: Yer ətrafında Saturna bənzər işıqlı halqa yarana bilər
Alimlər hesab edirlər ki, yaxın onilliklərdə Yer ətrafında Saturnun halqalarını xatırladan işıqlı zolaq formalaşa bilər.
BAKU.WS xəbər verir ki, bunun əsas səbəbi orbitdə planlaşdırılan milyonlarla yeni kosmik aparat, o cümlədən süni intellekt üçün nəzərdə tutulan məlumat mərkəzləri və günəş işığını Yerə yönəldəcək nəhəng güzgülərdir.
Mütəxəssislərin sözlərinə görə, bir neçə şirkət orbitdə server peykləri yerləşdirməyi planlaşdırır. Kosmosda soyutma və günəş enerjisindən istifadə daha sərfəli olduğuna görə bu layihələrə maraq sürətlə artır.
Bundan əlavə, ABŞ-də yerləşən Reflect Orbital şirkəti 2035-ci ilədək orbitə on minlərlə böyük güzgü çıxarmağı nəzərdə tutur. Məqsəd gün batdıqdan sonra günəş işığını Yerə əks etdirərək gecə saatlarında da enerji istehsalını davam etdirməkdir.
Birmingem Universitetinin professoru Hyu Lyuis bildirib ki, bu sistemlərin işləməsi üçün peyklər daim Günəş işığı alan xüsusi orbitlərdə yerləşdirilməlidir. Eyni orbitlərdən milyonlarla aparat istifadə edərsə, onlar göydə vahid parlaq zolaq kimi görünə bilər.
Astronom Samanta Loulerin hesablamalarına görə, belə bir halqa axşam saatlarında və sübhə yaxın çılpaq gözlə görünəcək, hətta bir çox ulduzu görünməz edə bilər.
Alimlər xəbərdarlıq edirlər ki, bu vəziyyət yerüstü teleskopların fəaliyyətini ciddi şəkildə çətinləşdirəcək və Günəş istiqamətindən gələn təhlükəli asteroidlərin müşahidəsini məhdudlaşdıra bilər. Hazırda isə kosmosda işıq çirklənməsini tənzimləyən vahid beynəlxalq mexanizm mövcud deyil.
Oxşar xəbərlər
Rusiyada yanacaq bazarında "qiymət şoku"
Rusiyada yanacaq bazarında vəziyyət sabitləşməyə başlasa da, qiymət artımı ciddi təsir göstərib. BAKU.WS xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar...