Alimlər Süd Yolu qalaktikasının sərhədlərini müəyyənləşdirib
Astronomlar Süd Yolu qalaktikasının ulduz yaranmasının dayandığı sərhədi müəyyənləşdiriblər.
BAKU.WS Malta Universiteti tədqiqatçılarının apardığı və Astronomy & Astrophysics jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, qalaktikanın "ulduz yaranma sərhədi" mərkəzdən təxminən 40 min işıq ili uzaqlıqda yerləşir.
Araşdırmada Gaia, APOGEE və LAMOST layihələrinin məlumatları əsasında 100 mindən çox nəhəng ulduzun yaşı analiz edilib.
Mütəxəssislər müəyyən ediblər ki, qalaktikanın mərkəzinə yaxın ərazilərdə daha yaşlı ulduzlar üstünlük təşkil edir. Mərkəzdən uzaqlaşdıqca ulduzlar cavanlaşır, lakin 40 min işıq ili məsafədə bu tendensiya dəyişir və yenidən yaşlı ulduzlar müşahidə olunur.
Alimlər hesab edir ki, sərhəddən kənardakı bu yaşlı ulduzlar əslində qalaktikanın daxili hissəsində formalaşıb və zamanla cazibə qüvvəsinin təsiri ilə kənara doğru hərəkət edib.
Tədqiqat Süd Yolunun quruluşu və təkamül tarixinin daha dəqiq anlaşılması baxımından mühüm hesab olunur.
Oxşar xəbərlər
BƏƏ İran, Livan və İraqa səfərləri qadağan edib
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının İran, Livan və İraqa səfərini qadağan edib. Məlumata görə, qərar regionda baş verən son hadisələr və təhlükəsizlik və...