Alimlər ömrü 10 il qısaldan beş amili müəyyən ediblər

Massaçusets Tibb Cəmiyyətinin alimləri ömür müddətini əhəmiyyətli dərəcədə azalda biləcək amilləri müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, bunlara yüksək qan təzyiqi, yüksək xolesterin, şəkərli diabet, siqaret çəkmə, artıq və ya az çəki daxildir.
Eyni zamanda, tədqiqatda iştirak edən 50 yaşlı qadınlar ömürlərini 14 il, kişilər isə demək olar ki, 12 il uzada biliblər. Siqareti tərgitməyin gözlənilən ömür uzunluğuna ən çox təsir etdiyi bildirilib.
Alimlər 47 il ərzində tədqiqat iştirakçılarını izləyiblər. "New England Journal of Medicine" jurnalı xəbər verir ki, burada 39 ölkədən 18 yaşdan yuxarı iki milyondan çox adam iştirak edib.
Oxşar xəbərlər
Gənclərdə qəfil ürək dayanmalarının xəbərçisi açıqlandı - Bu hallar varsa həkimə gedin
Şüurun itirilməsi, qıcolmalar, sürətli nəbz, ürəkbulanma, qusma və yüksək hərarət ən çox gənclərdə qəfil ürək dayanmasından əvvəl müşahidə olunur. BAKU.WS xəbər...
