Alimlər Merkurinin şimal qütbünün yeni fotolarını yayımlayıb
Avropa Kosmik Agentliyinə (ESA) məxsus "BepiColombo" kosmik aparatı Merkurinin şimal qütbünün ən detallı fotolarını əldə edib. Fotolar planetə cəmi 295 kilometr məsafədə yaxınlaşma zamanı çəkilib.
BAKU.WS xəbər verir ki, ESA-nın rəsmi saytında yayımlanıb.
"BepiColombo" aparatı, NASA-nın 1970-ci illərdəki "Mariner 10" missiyasına və digər kosmik layihələrə töhfə vermiş italyan riyaziyyatçı Cüzeppe (Bepi) Kolombonun şərəfinə adlandırılıb.
Yeni fotolarda həmişə kölgədə qalan kraterlər və onları əhatə edən vulkanik düzənliklər görünür. Aparat həmçinin Merkurinin ən böyük zərbə kraterini çəkib, hansı ki, diametri 1500 kilometrdən çoxdur.
Bu yaxınlaşma "BepiColombo"nun 2018-ci ildəki buraxılışından sonra Merkuriyə altıncı yaxınlaşması olub. Yeni manevr 2026-cı ilin sonunda aparatı planetin orbitinə çıxarmaq üçün istifadə ediləcək. Aparat iki orbital zondla təchiz olunub: biri Avropa Kosmik Agentliyi, digəri isə Yapon Aerokosmik Tədqiqat Agentliyi tərəfindən hazırlanıb. Bu zonlar Merkurinin qütb bölgələrini öyrənəcək.
Qeyd edək ki, əvvəllər alimlər Günəş sistemində kometa və asteroid hibridi aşkar etmişdilər.
Oxşar xəbərlər
Dünyanın ən gizli təyyarə qəbiristanlığı
ABŞ-nin Arizona ştatının Tuson şəhərində yerləşən "Devis-Monten" aviabazası dünyanın ən böyük təyyarə qəbiristanlığına çevrilib. Bu bazada vaxtilə Soyuq müharib...