Alimlər ilk dəfə yatan iki insan arasında yuxuda əlaqə qura biliblər
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər ilk dəfə olaraq yuxu zamanı insanlar arasında ikitərəfli əlaqə qura biliblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" REMspace şirkətinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıqdan istifadə edərək evin müxtəlif ucunda yatan iki nəfərin şüurunu birləşdirə biliblər və onlar mesaj mübadiləsi aparıblar.
"REMspace"in CEO-su və qurucusu Michael Raduga deyib ki, əvvəllər yuxulardakı ünsiyyət elmi fantastika kimi görünsə də, sabah adi hala çevrilə bilər.
Təcrübə iştirakçılarının beyin dalğaları məlumatları uzaqdan serverə ötürən cihaz vasitəsilə izlənilib. Subyektlərdən biri aydın yuxuya girən kimi server təsadüfi bir söz yaradıb və onu qulaqlıq vasitəsilə tədqiqat iştirakçısına ötürüb. Eksperimentin ikinci iştirakçısı oyananda sözü təkrar edə bilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...