Alimlər hüceyrələrin qocalmasının gizli səbəbini müəyyən ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Alman alimləri hüceyrələrin yaşlanması ilə bağlı mühüm kəşfə imza atıblar.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, hüceyrə membranlarının əsas lipidlərindən biri olan fosfatidilxolinin azalması yaşla əlaqədar enerji itkisi ilə birbaşa bağlıdır.
Məlumata görə, yaş artdıqca hüceyrələrin enerji stansiyası hesab olunan mitoxondrilərin membranları elastikliyini itirir. Nəticədə mitoxondrilər parçalanır, fəaliyyətləri pozulur və hüceyrələrin enerji təminatı zəifləyir.
Tədqiqatın aparıcı müəllifi Maria Ermolaeva bildirib ki, enerji istehsalı tam dayanmasa da, onun paylanması və istifadəsi daha az səmərəli olur. Bu isə hüceyrələrin müxtəlif yüklənmələrə uyğunlaşma qabiliyyətini azaldır.
Alimlər eyni zamanda prosesin qismən geri çevrilə biləcəyini də müəyyən ediblər. Belə ki, qidalanmaya fosfatidilxolin və ya xolinin əlavə edilməsi cəmi iki gün ərzində mitoxondrilərin quruluşunu daha "gənc" vəziyyətə qaytara bilib. Üstəlik, bu təsir orta və yaşlı dövrdə müalicəyə başlanıldıqda da müşahidə olunub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...