Alimlər Günəşdə Yerə təsir göstərə bilən gizli proses aşkar etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər Günəşdə baş verən və Yer kürəsindəki texnoloji sistemlərə təsir göstərə biləcək yeni təbiət hadisəsini müşahidə ediblər.
BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, Günəşin səthində yaranan mikroskopik maqnit burulğanları ulduzun atmosferində enerji toplanmasına mühüm təsir göstərir.
Mütəxəssislərin fikrincə, bu kəşf Günəşin xarici atmosferi olan tac qatının niyə səthindən daha yüksək temperatura malik olduğunu izah etməyə kömək edə bilər. Eyni zamanda, həmin kiçik burulğanların güclü Günəş alışmalarının formalaşması üçün lazım olan maqnit enerjisinin yığılmasında mühüm rol oynadığı ehtimal edilir.
Araşdırma müəllifləri bildirirlər ki, bu enerji Yer istiqamətində yönəldikdə Günəşdən yüksək enerjili hissəciklər axını baş verir. Belə hadisələr peyklərin fəaliyyətində nasazlıqlara, elektrik şəbəkələrinin işində problemlərə və rabitə sistemlərində fasilələrə səbəb ola bilər.
Alimlər hesab edirlər ki, yeni kəşf Günəş aktivliyinin daha dəqiq proqnozlaşdırılmasına və kosmik hava hadisələrinin Yerə mümkün təsirlərinin əvvəlcədən qiymətləndirilməsinə imkan yaradacaq.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...