Aleksey Overçuk: "Rusiya və Ermənistan arasında hesablaşmalarda rublun payı 96,3 %-ə çatıb"

Aleksey Overçuk: Rusiya və Ermənistan arasında hesablaşmalarda rublun payı 96,3 %-ə çatıb
Dünya 19

Bu ilin yanvar-oktyabr aylarında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 10,2 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisindən iki dəfə çoxdur.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirib.

"Ticari-iqtisadi əlaqələrimiz inkişaf etməkdə davam edir. Ölkələrimiz arasında qarşılıqlı ticarət yeni rekordlar müəyyən edir. İl hələ başa çatmayıb, ona görə də düşünürəm ki, ilin sonuna qədər göstərici daha da artacaq", - o qeyd edib.

Baş nazirin müavini əlavə edib ki, Rusiya və Ermənistan ticari-iqtisadi əlaqələrin həyata keçirilməsi üçün demək olar ki, tamamilə milli valyutalarla hesablaşmaya keçib və qarşılıqlı hesablaşmalarda rus rublunun payı 96,3 %-ə çatıb.

Bundan başqa, Rusiya Ermənistanın əsas investorlarından biridir: sənaye layihələrinə sərmayə qoyuluşu 3,4 milyard ABŞ dolları təşkil edib. Ölkədə 40-dan çox iri Rusiya şirkəti fəaliyyət göstərir ki, onların da bir qismi ən böyük vergi ödəyiciləridir.

Oxşar xəbərlər

KİV: Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir

KİV: Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək. "Report" "Financial Times"a istinadən xə...

36 Dünya 23:23 20 dekabr 2024

Son xəbərlər