Aİ Ukraynaya Rusiya aktivlərinin verilməsinə qarşı çıxıb
Fransa və Almaniya da daxil olmaqla, bir sıra Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsinə qarşı çıxıb. Onlar belə bir addımın bloka xarici investisiyalar baxımından mənfi təsir edəcəyindən narahatdır.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
"Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxan düşərgəyə böyük oyunçular – Fransa, Almaniya, İtaliya, İspaniya və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daxildir", – deyə nəşrin məlumatında qeyd olunur.
Qəzetin yazdığına görə, bu ölkələr hesab edirlər ki, həmin vəsaitlərin müsadirə edilməsi Aİ-dən xarici investorları qorxuda bilər.
Bundan əlavə, adı açıqlanmayan Avropa diplomatı nəşrə bildirib ki, dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda güzəşt vasitəsi kimi də istifadə edilə bilməz.
Oxşar xəbərlər
Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb
Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. BAKU...