Aİ Ukraynaya 90 milyard avroluq kreditin şərtlərini sərtləşdirə bilər
Avropa İttifaqı Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq kredit üzrə şərtləri sərtləşdirə bilər. Bu barədə Bloomberg məlumat yayıb.
BAKU.WS xəbər verir ki, Aİ Ukraynadan vergi islahatlarının həyata keçirilməsini tələb edir. Şərtlərdən biri sadələşdirilmiş vergi sistemində fəaliyyət göstərən və illik gəliri 77,4 min avronu keçən şirkətlər üçün ƏDV-nin 20 faizə qaldırılmasıdır.
Qeyd olunur ki, bu dəyişikliklər Ukrayna daxilində sosial narazılığa səbəb ola bilər.
Bundan əvvəl Emanuel Makron Avropanın Ukraynaya kredit ayırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul etməklə "güclü mesaj" verdiyini bildirmişdi.
Eyni zamanda, António Costa Aİ ölkələrinin Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqlədiyini və Ukraynaya kreditlə bağlı razılıq əldə etdiyini açıqlayıb.
Bəzi ekspertlər isə bildirir ki, Aİ daxilində fikir ayrılıqları səbəbindən bu qərarın icrası prosesində çətinliklər yarana bilər.
Oxşar xəbərlər
AZAL-ın təyyarəsi İrəvana eniş edib
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə İrəvandakı "Zvartnots" hava limanına eniş edib. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat...