Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib
Dünya 35

Avropa İttifaqı (Aİ) Şurası Rusiya əleyhinə yeni sanksiyaları təsdiq edib.

BAKU.WS xəbər verir ki, bu barədə Aİ-nin qanunverici orqanının rəsmi saytında yayımlanan bəyanatda bildirilir.

"Aİ Şurası Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinə cavab olaraq yeni məhdudlaşdırıcı tədbirlər çərçivəsi yaradıb. Bu yeni çərçivə Aİ-yə Rusiya hökumətinin hərəkətləri və siyasətlərində iştirak edən şəxsləri və təşkilatları mühakimə etməyə imkan verəcək",-deyə bəyanatda qeyd olunur.

Həmçinin vurğulanır ki, yeni məhdudlaşdırıcı tədbirlər Aİ-nin və onun üzv dövlətlərinin əsas dəyərlərini, onların təhlükəsizliyini, müstəqilliyini və bütövlüyünü, eləcə də beynəlxalq təşkilatların və üçüncü ölkələrin dəyərlərini sarsıdan fiziki və hüquqi şəxslərə qarşı yönəlib.

Oxşar xəbərlər

Son xəbərlər