Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqında dondurulmuş Rusiya suveren aktivlərinin Belçikadakı "Euroclear" depozitarından çıxarılaraq xüsusi Avropa hüquqi strukturuna köçürülməsi təklif olunur.
BAKU.WS "Euractiv"ə istinadən xəbər verir ki, təşəbbüsün məqsədi Belçikanın müqavimətini aradan qaldırmaq və aktivlərdən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etməkdir.
Məlumata görə, "Euroclear"in balansında iyunun sonuna təxminən 202 milyard avro həcmində sanksiyalar çərçivəsində dondurulmuş Rusiya aktivi olub. Təklif yalnız Rusiya dövlətinə məxsus suveren vəsaitlərə aiddir.
Belçika Moskvanın mümkün məhkəmə iddiaları və cavab tədbirlərindən ehtiyat etdiyi üçün Rusiya aktivlərindən Ukrayna üçün istifadə planına qarşı çıxır. Rusiya isə ehtiyatlarının dondurulmasını qanunsuz hesab edir və vəsaitlərə müdaxilə ediləcəyi təqdirdə hüquqi və digər cavab tədbirləri görəcəyini bildirir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...