Aİ-də meşə yanğınları 435 min hektara yaxın ərazini məhv edib

Aİ-də meşə yanğınları 435 min hektara yaxın ərazini məhv edib
Dünya 10

Avropa İttifaqı (Aİ) ölkələrində bu ilin əvvəlindən etibarən baş verən meşə yanğınları nəticəsində 434 min 976 hektar ərazi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz çoxdur.

BAKU.WS xəbər verir ki, Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatına görə, 29 iyul tarixinədək Aİ ölkələrində 1407 meşə yanğını qeydə alınıb ki, bu da uzunmüddətli orta göstəricidən iki dəfədən çoxdur.

Ən böyük itki İspaniyada qeydə alınıb. Burada 208 min 420 hektar meşə sahəsi yanıb. Sonrakı yerlərdə Fransa (91 min 24 hektar), İtaliya (69 min 414 hektar) və Portuqaliya (39 min 801 hektar) qərarlaşıb.

EFFIS-in məlumatına əsasən, bu il yanan ərazi son 20 ilin eyni dövr üzrə orta göstəricisindən təxminən 2,5 dəfə çoxdur. Global istiləşmə və ekstremal hava şəraiti meşə yanğınlarının əsas səbəbləri kimi göstərilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər