Adı təcavüz qalmaqalında hallanan aktyor 20 ildən sonra ilk dəfə bunu edəcək
Hollivud ulduzu Kevin Speysi təcavüz qalmaqalından sonra yenidən karyerasını davam etdirir.
BAKU.WS xəbər verir ki, hazırda o yeni layihələr üzərində işləyir.
Aktyor 20 il sonra ilk dəfə rejissor kürsüsündə əyləşəcək. Aksiyon və triller janrlı filmdə həm Speysi baş rolu canlandıracaq.
Ekran işində Dolf Lundqren Tayriz Qibson Dişa Patani Erik Roberts kimi aktyorlar da çəkiləcəklər.
Xatırladaq ki, bir müddət əvvəl adı cinsi təcavüz qalmaqalında hallanan aktyorun karyerası çöküş dövrünü yaşayırdı. Onun üç kişiyə təcavüz etdiyi iddia edilirdi.
Həmin şəxslərdən biri "Old Vic" teatrında, digəri isə 2013-cü ildə Gloucesterdə cinsi istismara məruz qaldığını bildirmişdi. Şikayətçilərdən biri isə hadisənin1996-cı ilə baş verdiyini qeyd edib.
Qalereya
Oxşar xəbərlər
İran və ABŞ arasında yeni mərhələ başlayıb - Bölgədə balans dəyişir?
Yaxın Şərqdə aylarla davam edən gərginlikdən sonra İran və ABŞ arasında yeni mərhələ başlayıb. Tərəflər arasında əldə olunan ilkin razılaşma yalnız hərbi qarşıd...