ABŞ viza müraciətlərində sosial media hesablarını yoxlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət katibi Marko Rubio xarici nümayəndəliklərə viza müraciəti edən şəxslərin Fələstin tərəfdarı olub-olmadığını müəyyən etmək üçün onların sosial media hesablarını araşdırmaq barədə göstəriş verib.
BAKU.WS xəbər verir ki, "The New York Times"ın məlumatına görə, bu təlimat 25 martda göndərilib. İsminin açıqlanmasını istəməyən rəsmi şəxslər, xüsusilə 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarından sonra viza üçün müraciət edən tələbələrin və mübadilə proqramı iştirakçılarının sosial media paylaşımlarının analiz edildiyini bildiriblər.
Xəbərdə vurğulanıb ki, ABŞ və İsraili tənqid edən şəxslərin ölkəyə girişinin məhdudlaşdırılması məqsədi ilə aparılan bu araşdırmalar, xarici vətəndaşları öz fikirlərini senzura etməyə məcbur edə bilər.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...