ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərqini tərk etməyə çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ təhlükəsizlik risklərinin artması səbəbindən öz vətəndaşlarını Türkiyənin cənub-şərq bölgəsini tərk etməyə çağırıb və Adanadakı Baş Konsulluğun əməkdaşlarının bir hissəsinin təxliyəsini planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.
ABŞ səfirliyinin açıqlamasına əsasən, Dövlət Departamenti Adanadakı Baş Konsulluqda işləyən, lakin vacib funksiyalar yerinə yetirməyən əməkdaşlara və onların ailə üzvlərinə şəhəri tərk etmək göstərişi verib.
Qeyd edək ki, Türkiyənin cənub-şərqində olan ABŞ vətəndaşlarına təhlükəsizlik baxımından mümkün qədər tez həmin ərazidən ayrılmaları tövsiyə edilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...