ABŞ vətəndaşı bıçaqla təyyarəni qaçırmağa cəhd edib

ABŞ vətəndaşı bıçaqla təyyarəni qaçırmağa cəhd edib
Dünya 34

Karib dənizi hövzəsində yerləşən Belizdə ABŞ vətəndaşı təyyarəni bıçaqla qaçırmağa cəhd edib. Hadisə zamanı həmin şəxs təyyarədəki sərnişinlərdən biri tərəfindən odlu silahla vurularaq zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, Beliz rəsmilərinin məlumatına görə, Akinyela Taylor adlı ABŞ vətəndaşı Tropic Air aviaşirkətinə məxsus kiçik bir təyyarəni havada olarkən bıçaqla hədələyərək ölkədən kənara yönləndirilməsini tələb edib.

Hadisə baş verən zaman təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olub. Taylor 3 sərnişini bıçaqla yaraladıqdan sonra təyyarədə silah gəzdirmək üçün rəsmi icazəsi olan bir sərnişin tərəfindən vurularaq öldürülüb.

Beliz hava limanı rəhbərliyi təyyarənin təhlükəsiz şəkildə endiyini, yaralananların isə xəstəxanaya yerləşdirildiyini bildirib. Hadisə ilə bağlı istintaq başladılıb.

Oxşar xəbərlər

İspaniyada Yerə aid olmayan xəzinə tapılıb

İspaniyada Yerə aid olmayan xəzinə tapılıb

İspaniyada 60 ildən çox əvvəl aşkar edilmiş məşhur tunc dövrünə aid xəzinənin tərkibində iki diqqətəlayiq artefaktın meteorit dəmirindən hazırlandığı müəyyən ed...

167 Dünya 23:13 25 yanvar 2026

Son xəbərlər