"Xarq adasına endirilən zərbələr hərbi hədəflərə yönəlib": ABŞ rəsmisi
ABŞ ordusu İranın Xarq adasında yerləşən hərbi hədəflərə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" nəşri adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
***15:43
ABŞ və İsrailin İranda həyata keçirdiyi hava zərbələri nəticəsində infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
BAKU.WS xəbər verir ki, hücumlar zamanı Təbriz–Zəncan magistral yolunda yerləşən körpü vurulub. Şərqi Azərbaycan Valiliyindən bildirilib ki, zərbələr səbəbindən Qaraçəmən–Miyanə yolu hər iki istiqamətdə bağlanıb.
Bundan əlavə, İsfahan vilayətinin Kaşan şəhəri yaxınlığında yerləşən Yəhyabad dəmir yolu körpüsünün də hədəfə alındığı qeyd olunur. Hadisə nəticəsində iki nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasında isə bildirilib ki, Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində genişmiqyaslı hava əməliyyatı həyata keçirib. Məlumata əsasən, zərbələr zamanı İranın çoxsaylı infrastruktur obyektləri hədəf götürülüb. Əlavə detalların daha sonra açıqlanacağı qeyd edilib.
***15:22
İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adasında partlayışlar baş verib.
BAKU.WS xəbər verir ki, hadisə ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin mümkün zərbələri fonunda qeydə alınıb. Bildirilir ki, adada ardıcıl bir neçə partlayış səsi eşidilib.
Hazırda hansı obyektlərin hədəfə alındığı və dağıntıların miqyası barədə rəsmi açıqlama verilməyib. Hadisənin detalları araşdırılır.
Oxşar xəbərlər
ABŞ-nin "Tomahawk" raketi Tehranın mərkəzinə düşdü - Partlayış olmadı
ABŞ-nin "Tomahawk" qanadlı raketi Tehranın mərkəzinə düşüb, lakin partlayış baş verməyib. BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Q...