ABŞ və İran arasında yeni razılaşma: Hörmüz boğazı açılır?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran arasında 60 günlük atəşkəs rejiminin uzadılmasını nəzərdə tutan razılaşmanın imzalanmasına yaxın olunduğu bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, mümkün razılaşma çərçivəsində Hörmüz boğazının yenidən açılması, İranın neft ixracını sərbəst şəkildə həyata keçirməsi və bölgədə gəmi hərəkətinin təhlükəsizliyinin təmin olunması nəzərdə tutulur.
Bildirilir ki, Tehran boğazda yerləşdirilən minaların təmizlənməsi və gəmilərin maneəsiz keçidinə şərait yaradılması ilə bağlı öhdəlik götürə bilər.
Razılaşmada həmçinin İranın heç vaxt nüvə silahı əldə etməməsi, eləcə də uranın zənginləşdirilməsi proqramının məhdudlaşdırılması ilə bağlı danışıqların davam etdirilməsi məsələlərinin yer aldığı qeyd olunur.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...