ABŞ və İran arasında danışıq bu tarixdə olacaq

ABŞ və İran arasında danışıq bu tarixdə olacaq
Dünya 17

ABŞ və İran arasında danışıqların növbəti mərhələsinin iyunun 5-də keçirilməsi gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra tərəflər münaqişənin tam həlli üçün yekun məsələləri müzakirə edəcəklər.

Bildirilir ki, İran və ABŞ arasında əldə olunacaq ilkin razılaşma "İslamabad bəyannaməsi" adlandırılacaq.

Mənbələrin sözlərinə görə, danışıqlar prosesində əsas vasitəçi kimi çıxış edən Pakistan memorandumla bağlı açıqlamanı tərəflərin birbaşa iştirakı olmadan verə bilər.

Qeyd olunur ki, yekun razılaşma üzrə müzakirələr başlayacağı təqdirdə həm Vaşinqton, həm də Tehran danışıqlara yüksək səviyyəli nümayəndə heyətləri göndərəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər