ABŞ USAID-in proqramlarının 83 faizini bağlamaq qərarına gəldi
ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini altı həftə ərzində təhlil etdikdən sonra onun proqramlarının 83 faizini bağlamaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat verib.
"Altı həftəlik təhlildən sonra biz USAID-in 83 faiz proqramını rəsmi olaraq ləğv edirik. Ləğv edilən 5200 müqaviləyə on milyardlarla dollar xərclənib və bu vəsaitlərin xərclənməsi ya ABŞ-nin milli maraqlarına uyğun gəlməyib, ya da bəzi hallarda hətta zərər verib", – deyə Rubio bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresi ilə birgə qəbul edilən qərara əsasən, saxlanılan min layihə Dövlət Departamentinin nəzarətinə veriləcək.
Oxşar xəbərlər
İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi
Artıq ABŞ kosmik məkan üzərində nəzarəti təmin etmək üçün orbitdə silahlara malikdir. BAKU.WS xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink verdiyi...