ABŞ Türkiyəyə "F-35" qırıcılarının təhvil verilməsi ilə razılaşıb

Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən "F-35" qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib.
"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
"ABŞ-də 6 ədəd "F-35" təyyarəmiz var. İndi bizim "KAAN" (Türkiyənin beşinci nəsil döyüş təyaarəsi - Qeyd) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara "F-35" almaq təklifini yenidən göndərdik", - deyə o qeyd edib.
Qeyd edək ki, beşinci nəsil "KAAN" qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb. Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək "KAAN" taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.
2023-cü il iyulun sonunda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında "KAAN" layihəsi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb. Bundan sonra, 2024-cü ilin martında TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil mediaya "KAAN" komponentlərindən birinin Azərbaycanda istehsal ediləcəyini söyləyib.
Oxşar xəbərlər
İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Cef...
