ABŞ Tayvana 10 milyard dollardan artıq dəyərdə silah satışını təsdiqlədi

ABŞ Tayvana 10 milyard dollardan artıq dəyərdə silah satışını təsdiqlədi
Dünya 20

ABŞ administrasiyası Tayvana raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla 10 milyard dollardan çox dəyərə sahib yeni silah paketinin satışını təsdiqləyib.

BAKU.WS xəbər verir ki, Dövlət Departamenti satış barədə məlumatı Prezident Donald Trampın Konqresə müraciəti zamanı açıqlayıb.

Paketə 82 ədəd HIMARS raket sistemi, 420 ədəd ATACMS taktiki raket kompleksi, 60 haubitsa sistemi və onlara məxsus avadanlıqlar, həmçinin İHA-lar daxildir.

Bundan əlavə, hərbi proqram təminatı, Javelin və TOW tipli raketlər, helikopterlər üçün ehtiyat hissələri və Harpoon raketləri üçün yeniləmə dəstləri də satış paketinə daxil edilib.

Yeni silah anlaşmasının ABŞ-Tayvan əməkdaşlığını gücləndirdiyi bildirilir.

Son xəbərlər