ABŞ nüvə başlığı daşımayan "Minuteman III" raketini hədəfə buraxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarının (ABŞ) silahlı qüvvələri nüvə başlığı daşımayan "Minuteman III" tipli qitələrarası ballistik raketin (ICBM) qabaqcadan nəzərdə tutulmuş sınaq uçuşunu reallaşdırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən sınaq barədə informasiya ABŞ Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq hərbi bazasının rəsmi bəyanatında öz əksini tapıb.
Sınaqdan keçirilən raket iki ədəd döyüş başlığına malik olub. Yayılan açıqlamada xüsusi olaraq qeyd edilib ki, "GT 255" kodu altında həyata keçirilən bu buraxılış illər öncə qrafikə salınıb və hazırkı qlobal hadisələrə reaksiya xarakteri daşımır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...