ABŞ-nin səbri tükənir, qırıcılar hazır vəziyyətdə, müharibə ehtimalı 90% - İran üçün kritik həftələr

ABŞ-nin səbri tükənir, qırıcılar hazır vəziyyətdə, müharibə ehtimalı 90% - İran üçün kritik həftələr
Dünya 33

"ABŞ-nin qarşıdakı həftələrdə İrana qarşı hərbi əməliyyata başlama ehtimalı 90%-dir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Axios" nəşri Donald Trampın adı açıqlanmayan müşavirinə istinadən məlumat yayıb.

"Axios" bildirir ki, Birləşmiş Ştatlar son 24 saat ərzində Yaxın Şərqə 50 ədəd "F-35", "F-22" və "F-16" qırıcı təyyarəsi yerləşdirib.

Nəşr mənbələrinin fikrincə, ABŞ-nin İranda həyata keçirə biləcəyi potensial hərbi əməliyyat genişmiqyaslı olacaq və bir neçə həftə davam edəcək. Onların ehtimallarına görə, bu, ABŞ-nin yanvarda Venesuelada keçirdiyi hədəfli əməliyyatdan daha çox tammiqyaslı müharibəni xatırladacaq. İran əməliyyatı son on ildə ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi müdaxiləsi ola bilər.

Mənbələr İsrailin də əməliyyatda iştirak edə biləcəyini düşünürlər. Bildirilir ki, İran üçün nəticələr 2025-ci ilin iyununda İslam Respublikasının nüvə obyektlərinə qarşı həyata keçirilmiş ABŞ-İsrail əməliyyatından daha genişmiqyaslı və əhəmiyyətli ola bilər. İki İsrail rəsmisinin sözlərinə görə, yəhudi dövləti yaxın günlərdə müharibəyə hazırlaşır.

Fevralın 17-də Omanın vasitəçiliyi ilə ABŞ-İran danışıqlarının ikinci raundu başa çatıb. Hər iki tərəf dialoqda irəliləyiş olduğunu bəyan edib. Lakin "Axios"a açıqlamalarında ABŞ rəsmiləri Vaşinqton və Tehranın fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə şübhə ilə yanaşıblar.

Oxşar xəbərlər

İsrail Suriyada iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib

İsrail Suriyada iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib

İsrail Ordusunun xüsusi təyinatlı bölmələri Suriyanın Deraa əyalətindəki iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib. BAKU.WS "Report"a istinadən xəbə...

24 Dünya 23:23 18 fevral 2026

Son xəbərlər