ABŞ-nin Benqazidəki konsulluğuna hücum edən şəxs saxlanılıb
ABŞ-nin Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücumda şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Pem Bondi bildirib.
"Federal Təhqiqat Bürosu (FTB) Benqazidəki hücumun əsas iştirakçılarından birini saxlayıb. Zubəyr Əl-Bakuş ABŞ-yə ekstradisiya olunub və ona qarşı qətl, qəsdən yandırma, terrorçuluq ittihamları irəli sürüləcək", - Bondi deyib.
Qeyd edək ki, 2012-ci il sentyabrın 11-də baş vermiş hadisədə dörd amerikalı hərbçi həlak olub. Bunun ekstremistlər tərəfindən törədilmiş hücum olduğu müəyyən edilib. Onlardan bəziləri "Əl-Qaidə"yə aid qruplarla əlaqəli olublar. Daha əvvəl hücumda iştirakına görə iki nəfər həbs edilib.
Oxşar xəbərlər
İran hava məkanını qismən açdı
İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib. BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki...