ABŞ müdafiə naziri İsrailə əməliyyatları sona qədər davam etdirməyi tövsiyə edib - "Biz sizinləyik"

ABŞ müdafiə naziri İsrailə əməliyyatları sona qədər davam etdirməyi tövsiyə edib - Biz sizinləyik
Dünya 96

ABŞ-nin müdafiə naziri Pete Hegseth israilli həmkarı Israel Katz ilə telefon danışığı zamanı İsraili əməliyyatları sona qədər davam etdirməyə çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail müdafiə nazirliyinə istinadən bildirib.

Nazirliyin açıqlamasına görə, Katz dünən gecə Hegseth ilə danışıb. Görüşün nəticələri barədə məlumatda bildirilir ki, ABŞ müdafiə naziri ABŞ və İsrail orduları arasında "misli görünməmiş əməkdaşlığı" yüksək qiymətləndirib və Katza "sona qədər davam edin, biz sizinləyik" mesajını verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər