ABŞ kəşfiyyatı: İranın hərbi arsenalının böyük hissəsi hələ də qorunur
ABŞ kəşfiyyatı İranın hərbi potensialının əhəmiyyətli hissəsinin ABŞ və İsrailin zərbələrinə baxmayaraq məhv edilmədiyi qənaətinə gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən xəbər yayıb. Bildirilir ki, İranın hərbi arsenalının təxminən yarısı hələ də ölkənin sərəncamındadır.
Kəşfiyyat məlumatlarında qeyd olunur ki, bəzi raket buraxılış qurğuları zərbələr nəticəsində müvəqqəti sıradan çıxsa da, onların bir hissəsi yeraltı sığınacaqlarda qorunub saxlanılıb.
Mənbə bildirib ki, Tehran regionda gərginliyi artırmaq niyyətində qalır və vəziyyəti destabilizə etmək potensialını saxlayır.
Bundan əvvəl Pentaqon rəhbərinin keçmiş müşaviri Douglas Macgregor də qeyd edib ki, ABŞ silah ehtiyatları azalsa belə, İranla mümkün müharibədə üstünlük əldə etməkdə çətinlik çəkə bilər.
Oxşar xəbərlər
Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya İrana hərbi dəstək göstərmir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Tru...