ABŞ İranda öz təyyarələrini vurub?
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə aid bir neçə hərbi hava vasitəsi ilə bağlı yeni iddia səsləndirib.
BAKU.WS xəbər verir ki, hadisə aprelin 5-də baş verib və nəticədə bir neçə uçuş vasitəsi zərər görüb.
Yerli media, o cümlədən "Fars" xəbər agentliyi tərəfindən yayılan xəbərlərdə bildirilir ki, zərər görən texnika arasında iki ədəd Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsi və iki Sikorsky UH-60 Black Hawk helikopteri də var.
Rəsmi açıqlamaya əsasən, zədələnmiş hava vasitələri İsfahan vilayətinin cənub istiqamətində yerləşən ərazilərdən birinə məcburi eniş edib. Qərargahın iddiasına görə, enişdən sonra həmin ərazi İran qüvvələri tərəfindən nəzarətə götürülüb.
Açıqlamada daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, iddiaya əsasən, mühasirəyə alınmış texnika və onların heyəti sonradan ABŞ tərəfindən havadan zərbəyə məruz qalıb. Bu barədə müstəqil mənbələrdən hələlik təsdiq yoxdur.
Qalereya
Oxşar xəbərlər
BƏƏ İran tərəfindən hücuma məruz qalıb - Yaralanan var
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumlarından müdafiə sistemlərinin zərərsizləşdirdiyi sursatın dağıntılarının Əbu Dabinin Müsəffə sənaye kompleksinə düşüb ...