ABŞ-İran danışıqlarının yeri və tarixi dəqiqləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı növbəti məsləhətləşmələrin 19 aprel tarixində Romada keçirilməsi planlaşdırılır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.
Bundan əvvəl İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi növbəti danışıq turunun 19 apreldə Omanın paytaxtı Muskatda keçiriləcəyini bildirmişdi. Niderlandın xarici işlər naziri Kaspar Veldkamp isə məsləhətləşmələrin Romada baş tutacağını açıqlayıb.
Xatırladaq ki, ilk danışıqlar 12 apreldə Omanın vasitəçiliyi ilə keçirilib. Görüşdə İranı xarici işlər nazirinin müavini Abbas Əraqçi, ABŞ-ni isə prezidentin xüsusi elçisi Stiven Uitkof təmsil edib.
Oxşar xəbərlər
Polşada bu səbəbdən iki günlük matəm elan edildi
Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib. BAKU.WS report-a istinadən xə...