ABŞ-İran danışıqlarının yeni raundunun TARİXİ AÇIQLANDI
20
may
2026
22:47
ABŞ və İran arasında danışıqların növbəti raundu may ayının sonunda, həcc ziyarətinin əsas ayinləri başa çatdıqdan sonra Pakistanda baş tutacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı öz mənbələrinə istinadən xəbər verir.
Mənbələr qeyd edirlər ki, danışıqların növbəti raundu İslamabadda keçiriləcək.
Məlumata görə, Pakistan nümayəndəsinin cümə axşamı İrana səfər edəcəyi gözlənilir. Səfərin məqsədi yekun saziş layihəsi üzərində işlərin tamamlandığını rəsmən elan etməkdir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...