ABŞ-dən İrana sərt siqnal: Ən böyük aviadaşıyıcı Aralıq dənizinə daxil oldu
21
fev
2026
18:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Gerald R.Ford" adlı aviadaşıyıcısı Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, gəminin bölgədə peyda olması ABŞ-nin İrana qarşı mümkün hərbi addımları ilə bağlı şayiələr fonunda diqqət cəlb edib.
Qeyd edək ki, "USS Gerald R.Ford" ABŞ donanmasının ən böyük və texnoloji cəhətdən ən inkişaf etmiş aviadaşıyıcısıdır. Onun bölgədə yerləşdirilməsi Vaşinqtonun hava və dəniz əməliyyatlarının keçirilməsi imkanlarını artırır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...