ABŞ-də universitetdə silahlı insident: iki nəfər ölüb, doqquz yaralı var
ABŞ-nin Rod-Aylend ştatında yerləşən Providens şəhərində Braun Universitetinin kampusunda baş verən silahlı insident faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, atışma nəticəsində azı iki nəfər həyatını itirib, daha doqquz nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Şəhərin meri Brett Smayli mətbuat konfransında hadisə zamanı iki nəfərin öldüyünü rəsmən təsdiqləyib. Onun sözlərinə görə, yaralananların bir neçəsinin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Hadisənin motivləri və silahlı insidentin dəqiq səbəbləri hələlik açıqlanmır. Braun Universitetinin kampusunda təhlükəsizlik tədbirləri gücləndirilib, istintaq davam edir.
Oxşar xəbərlər
ABŞ bütün səfirliklərə İrandan gələn potensial təhdidlə bağlı xəbərdarlıq edib
ABŞ-nin Dövlət Departamenti dünya üzrə bütün diplomatik nümayəndəliklərinə təhlükəsizlik vəziyyətini yenidən dəyərləndirmək və mümkün risklərə qarşı hazırlığı a...