ABŞ-də təhlükəli bağırsaq infeksiyası yayılır – ilk ölümlər qeydə alındı

ABŞ-də təhlükəli bağırsaq infeksiyası yayılır – ilk ölümlər qeydə alındı
Dünya 29

ABŞ-də "siklosporiaz" (siklosporiyazis) adlı parazit mənşəli bağırsaq infeksiyasının yayılması davam edir. Miçiqan ştatında xəstəliklə əlaqəli ilk ölüm halları qeydə alınıb.

BAKU.WS xəbər verir ki, Miçiqan Səhiyyə və İnsan Xidmətləri Departamentinin məlumatına əsasən, ştatda yoluxanların sayı 11 min 234 nəfərə çatıb.

Bildirilir ki, iyulun 30-dan bu yana xəstəlik səbəbindən 193 nəfər xəstəxanaya yerləşdirilib. Digər ciddi sağlamlıq problemləri də olan 2 nəfər isə həyatını itirib.

Səlahiyyətli qurumlar infeksiyanın mənbəyini araşdırır. İlkin ehtimallara görə, xəstəliyin kahı və digər yaşıl yarpaqlı tərəvəzlərdən yayıldığı güman edilir.

Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ölkənin 45 ştatında qeydə alınan siklosporiaz hallarının sayı 18 mini keçib. Miçiqanda qeydə alınan iki ölüm isə bu qida mənşəli epidemiya ilə bağlı ölkədə ilk ölüm halları hesab olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər