ABŞ-də süni intellektə qarşı narazılıq artır: Milyardlıq layihələr dayandırıldı
ABŞ-də süni intellekt şirkətləri və məlumat mərkəzlərinə qarşı etirazlar güclənməkdə davam edir.
BAKU.WS xəbər verir ki, yüksək enerji sərfiyyatı, elektrik qiymətlərinin artması, iş yerlərinin itirilməsi qorxusu və uşaqlara təsirlə bağlı narahatlıqlar səbəbindən ölkədə etiraz aksiyaları genişlənib.
"The Wall Street Journal"ın məlumatına görə, xüsusilə böyük enerji istehlak edən məlumat mərkəzləri yerli əhali və ekoloqların ciddi narazılığına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, insanlar süni intellektin gələcəkdə iş yerlərini azalda biləcəyindən ehtiyat edir. Valideynlər isə bu texnologiyanın təhsil sistemi və uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcəyini düşünürlər.
Bəzi bölgələrdə etirazlar zorakılıq hallarına da çevrilib. Məlumata görə, ötən ay "OpenAI" rəhbəri Sem Altmanın San-Fransiskodakı evinə "Molotov kokteyli" atılıb. Hücum edən şəxsin üzərindən süni intellekt əleyhinə manifest tapıldığı bildirilib.
Qeyd olunur ki, etirazlar səbəbindən ümumi dəyəri 156 milyard dollar olan 48 məlumat mərkəzi layihəsi gecikdirilib və ya dayandırılıb.
Texnologiya şirkətləri isə artan narazılıqlar fonunda ictimai dəstəyi gücləndirmək üçün geniş reklam və PR kampaniyalarına başlayıblar.
Oxşar xəbərlər
İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs
İngiltərədə azyaşlı qızlara qarşı illərlə davam edən cinsi istismar işi üzrə 20 nəfər ümumilikdə 277 il azadlıqdan məhrum edilib. BAKU.WS xəbər verir ki, hadisə...