ABŞ-də şagirdlərə intim videolar göndərən müəllim HƏBS OLUNDU

ABŞ-də şagirdlərə intim videolar göndərən müəllim HƏBS OLUNDU
Dünya 46

ABŞ-nin Şimali Karolina ştatında orta məktəbdə çalışan 37 yaşlı psixoloji məsləhətçi Lesli Lambet Brayant şagirdlərə "Snapchat" vasitəsilə intim məzmunlu foto və videolar göndərdiyi iddiası ilə həbs edilib.

BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı məktəb rəhbərliyinə daxil olan şikayətdən sonra müəllim əvvəlcə ödənişli məzuniyyətə göndərilib, daha sonra isə vəzifəsindən istefa verib. Fakt üzrə Orange dairəsinin Şerif Ofisi tərəfindən araşdırma başlanılıb.

Brayanta qarşı "azyaşlıya qarşı qeyri-münasib davranış" və "ikinci dərəcəli uşaq cinsi istismarı" maddələri ilə ittiham irəli sürülüb. Prokurorluğun iddiasına görə, o, şagirdlərlə "Snapchat" üzərindən əlaqə saxlayaraq onlara intim xarakterli foto və videolar göndərib.

Məktəb rəhbərliyi bildirib ki, şagirdlərin təhlükəsizliyi əsas prioritetdir və hadisə barədə məlumat daxil olan kimi müəllim işdən uzaqlaşdırılıb.

Hazırda Lesli Lambet Brayant Orange dairəsinin saxlanma mərkəzindədir. Məhkəmə onun barəsində 50 min dollar məbləğində girov müəyyən edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər