ABŞ-də sabiq bələdiyyə başçısı yeniyetməyə qarşı cinsi zorakılıqda təqsirini etiraf edib

ABŞ-də sabiq bələdiyyə başçısı yeniyetməyə qarşı cinsi zorakılıqda təqsirini etiraf edib
Dünya 131

ABŞ-də keçmiş bələdiyyə başçısı 16 yaşlı yeniyetməyə qarşı cinsi zorakılıq etdiyini etiraf edib. Hadisə Luiziana ştatının DeRidder şəhərində baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin sabiq bələdiyyə başçısı, 43 yaşlı Misty Roberts hovuz kənarında təşkil olunan məclisdə baş verən hadisə ilə bağlı məhkəmədə təqsirini qəbul edib. Prokurorluğun iddiasına əsasən, hadisə 2024-cü ilin iyul ayında Roberts ikinci müddət üçün bələdiyyə başçısı vəzifəsində çalışdığı vaxt baş verib.

Bildirilir ki, məclis zamanı spirtli içkinin təsiri altında olan 16 yaşlı yeniyetmə Roberts tərəfindən kənara aparılaraq villanın yuxarı mərtəbəsində yerləşən otağa gətirilib. İddialara görə, yeniyetmə özünü pis hiss edib qusmağa başlasa da, qadın davranışını dayandırmayıb.

Hadisə zamanı Robertsın övladları da məclisdə olub və zərərçəkən yeniyetmə ilə eyni yaş qrupuna aid olublar. Onlar məhkəmədə ifadə verərək anaları ilə yeniyetmənin birlikdə otağa getdiyini gördüklərini bildiriblər. Yeniyetmənin Robertsın oğlunun dostu olduğu qeyd edilir.

İddialara görə, hadisədən sonra Roberts övladlarından baş verənləri gizlətməyi istəyib və onlardan birinə "ölənə qədər yalan danışın" məzmununda mesaj göndərib. Bu məlumat qadının keçmiş həyat yoldaşı tərəfindən də məhkəmədə təsdiqlənib.

Məhkəmə prosesində bildirilib ki, hadisədən sonra Roberts çatdırılma xidməti vasitəsilə "ertəsi gün həbi" sifariş edib.

Hadisə baş verən vaxt Misty Roberts təxminən 10 min əhalisi olan DeRidder şəhərinin bələdiyyə başçısı idi və şəhərdə mühüm səlahiyyətlərə malik vəzifə tuturdu.

Zərərçəkən yeniyetmə daha sonra rəsmi şikayət edib. Yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamı ilə araşdırma başlanandan bir gün sonra Roberts vəzifəsindən istefa verib. Lakin o, istefa açıqlamasında aparılan istintaq barədə məlumat verməyib.

Roberts daha sonra 75 min dollar girov qarşılığında azadlığa buraxılıb və məhkəmə prosesini ev dustaqlığı və nəzarət altında gözləyib.

Məhkəmə sabiq bələdiyyə başçısını təqsirli bilib. Ona veriləcək yekun hökm 17 aprel tarixində açıqlanacaq. Robertsı 10 ilə qədər həbs cəzası gözləyir.

Son xəbərlər