ABŞ-də quş qripindən ilk ölüm qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Luiziana ştatında H5N1 tipli quş qripindən ilk ölüm hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, vəfat edən şəxs 65 yaşdan yuxarı olub və yanaşı xəstəliklərdən əziyyət çəkib.
Bildirilib ki, o, vəhşi və ev quşları ilə təmasdan sonra virusa yoluxub.
2024-cü ilin dekabr ayının sonunda ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ölkədə quş qripi ilə bağlı ilk ağır halı olan bir xəstədə virusun mutasiyasını aşkar etmişdi. Bu hal Luiziana ştatında yaşayan 65 yaşlı bir şəxsdə qeydə alınmışdı.
Oxşar xəbərlər
Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur
Yaponiyanın paytaxtı Tokioda yaşayan gənc qadın qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, kirayə qaldığı mənzildə ruhun yaşadığını iddia edir və buna baxmayaraq...