ABŞ-də qaçdığı güman edilən məhkum məhkəmə binasında "unudulub"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Corciya ştatında yerləşən həbsxanada baş verən inanılmaz hadisə ölkə mediasında gündəm olub. Qaçdığı güman edilən məhkumun əslində məhkəmə binasının nəzarət kamerasında unudulduğu ortaya çıxıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, 1984-cü ildə qətl hadisəsinə görə mühakimə olunmuş Julian Brooks Deloachadlı məhkumun yoxa çıxdığını müəyyən edən həbsxana əməkdaşları dərhal təhlükə siqnalı verərək bütün qapıları bağlayıb və genişmiqyaslı axtarışlara başlayıblar.
Bütün kameralara baxıldıqdan sonra məlum olub ki, məhkum heç bir yerə qaçmayıb, sadəcə məhkəmə binasındakı nəzarət otağında 12 saat ərzində unudulub.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsul şəxslərin cəzalandırılacağı bildirilib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...