ABŞ-də kiçik təyyarə qəzaya uğradı: Ən azı 2 nəfər həlak olub
ABŞ-nin Texas ştatında kiçik təyyarə karvan və yük maşınlarının yerləşdiyi dayanacağa düşüb. Nəticədə ən azı 2 nəfərin həyatını itirdiyi bildirilib.
BAKU.WS xarici mediaya istinadəm xəbər verir ki, hadisə Fort Worth şəhərinin Tarrant bölgəsində, Hick hava limanı yaxınlığında baş verib. İlkin məlumata görə, təyyarə hələlik müəyyən edilməmiş səbəbdən yerə çırpılıb və partlayış nəticəsində yanğın baş verib.
Fort Worth Yanğınsöndürmə Departamentinin sözçüsü Kreyq Trojaysek bildirib ki, qəza zamanı təyyarə ilə yanaşı bir neçə yük maşını və kommersiya binası da alovlanıb. Əraziyə çox sayda yanğınsöndürən və xilasedici göndərilib, hadisə yerində iki nəfərin meyiti aşkarlanıb.
Hazırda qəzada həlak olanların şəxsiyyəti və təyyarənin haradan havaya qalxdığı müəyyənləşdirilir. Hadisə ilə bağlı istintaq başladılıb.
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....