ABŞ-də cinayət qurbanı süni intellekt vasitəsilə "danışdı" – Məhkəmədə tarixə düşən an

ABŞ-nin Arizona ştatında məhkəmə zalında tarixə düşən bir hadisə baş verib. Dörd il əvvəl yol hərəkəti mübahisəsi zamanı qətlə yetirilən Kristofer Pelki süni intellekt texnologiyası ilə yaradılmış rəqəmsal avatar vasitəsilə qatilinə xitab edib. Bu hadisə, bir cinayət qurbanının süni intellektlə ifadə verdiyi ilk məhkəmə işi kimi tarixə düşüb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Çendler şəhərində keçirilən məhkəmə iclasında Pelkinin daha əvvəl çəkilmiş görüntüləri və süni intellektin köməyi ilə hazırlanan avatarı zalda nümayiş etdirilib. Avatar qatil Qabriel Xorqasitasa birbaşa səslənərək deyib:
"Məni vuran adam Qabriel Xorqasitasa… O gün və həmin şəraitdə qarşılaşmağımız böyük bir bədbəxtlik idi. Bəlkə başqa bir həyatda dost da ola bilərdik."
Pelki mesajında Allaha və bağışlamağa inandığını da bildirib. Bu çıxış zalda duyğulu anlar yaşanmasına səbəb olub. Məhkəməyə sədrlik edən hakim Todd Lanq bu üsulun təsir gücünü vurğulayaraq yaradıcı yanaşmanı təqdir etdiyini qeyd edib.
Məhkəmənin sonunda Xorqasitas adam öldürməkdə təqsirli bilinərək 10 il 6 ay həbs cəzası alıb.
Bu texnologiyanın istifadəsi Pelkinin bacısı Steysi tərəfindən təklif olunub. O, qardaşının məhkəmədə öz səsi ilə danışmasa da, nələr demək istədiyini ifadə etməyin vacibliyini vurğulayıb: "Bu, mənim deyil, onun sözləri olmalı idi", – deyə bildirib.
Oxşar xəbərlər
31 yaşında ölən müğənni 24 milyonluq sərvətini heç kimə vəsiyyət etmədi
31 yaşında faciəvi şəkildə ölən "One Direction" qrupunun keçmiş solisti Liam Peynin sərvətini heç kimə vəsiyyət etmədiyi ortaya çıxıb. BAKU.WS xəbər verir ki,...
