ABŞ-də 450 milyon illik qədim fay xətti yenidən hərəkətə gəlib

ABŞ-də 450 milyon illik qədim fay xətti yenidən hərəkətə gəlib
Dünya 36

ABŞ-nin Nyu-York ştatında yerləşən qədim Champlain Thrust fay xəttində qeydə alınan 2,6 bal gücündə zəlzələ bölgə sakinləri arasında qısa müddətli təşviş yaradıb.

BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələ Chazy şəhəri yaxınlığında, yerin təxminən 8 kilometr dərinliyində baş verib.

Mütəxəssislər bu hadisəni "nadir rast gəlinən daxili litosfer zəlzələsi" kimi qiymətləndiriblər. Belə zəlzələlər, milyonlarla il əvvəl yaranmış qədim faylarda toplanan gərginliyin qəfil boşalması ilə yaranır.

Elm adamlarının fikrincə, həmin bölgədə bu tip sarsıntılar hər bir neçə onillikdə bir dəfə, kiçikmiqyaslı titrəyişlər isə 3–4 ildən bir baş verir.

Michigan Texnologiya Universiteti bildirir ki, 2,5 baladək zəlzələlər adətən hiss olunmur, lakin 2,5–5,4 bal aralığındakı sarsıntılar yüngülcə hiss oluna, amma ciddi zərərə səbəb olmur.

Qeyd edək ki, Champlain Thrust fay xətti təxminən 450 milyon il əvvəl Taconic Orojenezi dövründə formalaşıb və Kanadanın cənubundakı Kvebekdən başlayaraq Vermont və Nyu-York ərazisinə qədər uzanır.

Mütəxəssislər bildiriblər ki, bu fay tamamilə "yatmış" vəziyyətdə deyil və Chazy yaxınlığında baş verən son zəlzələ, bölgədə enerji boşalmalarının hələ də davam etdiyini göstərir.

Son xəbərlər