ABŞ-da İLK! Bu ölkənin vətəndaşlarına verilmiş bütün vizalar ləğv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ tarixində ilk dəfə olaraq bir ölkənin vətəndaşlarına verilmiş bütün vizalar ləğv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
Rubio bildirib ki, Cənubi Sudan vətəndaşlarına verilmiş vizalar ləğv olunub və bu ölkədən olan şəxslərə viza verilməsi prosesi də dayandırılıb.
Qərarın səbəbi Cənubi Sudan keçid hökumətinin ABŞ-dan repatriasiya olunan vətəndaşlarını qəbul etməkdən imtina etməsidir. Dövlət katibi onu da əlavə edib ki, əgər Cənubi Sudan hökuməti tam əməkdaşlığa razılıq versə, viza məhdudiyyətlərinə yenidən baxıla bilər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...