Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı

Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Foto
Dünya 66

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. İki ölkənin XİN rəhbərlərinin danışığı Türkiyə hava məkanına daxil olan ballistik raketlə bağlı narahatlıqlar fonunda baş tutub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hakan Fidan telefon danışığı zamanı Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu və ölkənin belə halların qarşısını almaq üçün bütün zəruri tədbirləri görməyə davam edəcəyini bildirib.

Türkiyə XİN rəhbəri həmçinin regionda gərginliyi artıran və mülki şəxslərin təhlükəsizliyini risk altına sala biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Türkiyə hava məkanına yönələn raketlərin İrana aid olmadığını bildirib və hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını açıqlayıb.

Xatırladaq ki, martın 4-də Hatay səmasında vurulan raketdən sonra oxşar hadisə ötən gün Qaziantep ətrafında da yaşanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, İrandan atıldığı ehtimal edilən və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Sursatın bəzi qalıqları Qaziantep ərazisində boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib.

Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı

Son xəbərlər